×
A
A
A
Sazlamalar

Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib

Bakı, 17 yanvar, AZƏRTAC
2018-ci ildə Azərbaycandan 29 milyon 498 min 337 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. İl ərzində ixrac edilən neft və neft məhsullarının dəyəri isə 15 milyard 719 milyon 482 min ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycandan 27 milyon 227 min 902 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 10 milyard 706 milyon 817 min dollar təşkil edib.

Neft - qaz 2019-01-17 11:44:00