Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
Bakı, 17 yanvar, AZƏRTAC
2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən bir faiz artıb.
Ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6 faiz artaraq 2 milyon 8 minə çatıb.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Rusiya, Gürcüstan və Yaxın Şərq ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq və Asiya bazar paylarını müvafiq olaraq, 1, 2 faiz olmaqla bir qədər artırıblar. Rusiya və Türkiyə hər biri bazar payını təxminən 1 faiz, İran isə ən böyük azalma ilə 5 faiz itirib.
Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi 35, 55 faiz olmaqla Yaxın Şərq və Asiya ölkələrinə aiddir. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120 faiz, 41 min), İsrail (161 faiz, 40 min) və Küveyt (81 faiz, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135 faiz, 73 min) və Hindistan (175 faiz, 39 min) olub.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib