SOCAR istiqrazlarının növbəti faizləri ödənilib
Bakı, 17 yanvar, AZƏRTAC
Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının sayca doqquzuncu faiz ödənişi edilib. Bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlib.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 11 dəfə faiz ödənişi ediləcək. Bunun müqabilində istiqraz sahibləri əlavə 13 milyon 750 min dollar qazanmış olacaqlar (ümumilikdə 25 milyon dollar).
Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və həmin vəsaitlər artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları ötüb. İstiqrazlar Bakı Fond Birjasında (BFB) ən çox alınıb–satılan qiymətli kağızdır. Belə ki, 2018-ci ildə 800-dən çox əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR istiqrazlarının market–meyker satış qiyməti yanvarın 16-da ilk dəfə 1045 dollara yüksəlib.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24 faiz, korporativ istiqraz bazarındakı payı isə 87 faiz təşkil edib. İstiqrazlar üzrə növbəti faiz ödənişi aprelin 17-də baş tutacaq.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb