×
A
A
A
Sazlamalar

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnirdə 50 idmançı mübarizə aparıb

Şəki, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə şəhər turnirinə yekun vurulub. Şəhər gənclər və idman idarəsinin tədbirlər planına uyğun olaraq keçirilən yarışda 50 güləşçi 6 çəki dərəcəsində mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılışında idarənin rəisi Vüqar İskəndərov çıxış edərək, 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu bildirib. Qanlı Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi, həmin gecə canlarından keçən igid həmvətənlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı xüsusi vurğulanıb.
Turnirin yekununda müxtəlif çəki dərəcələrində qalib gələn güləşçilər diplomlarla mükafatlandırılıblar.

Regionlar 2019-01-17 11:33:00