×
A
A
A
Sazlamalar

Keçən il Şamaxıda 614 daimi iş yeri açılıb

Şamaxı, 17 yanvar, AZƏRTAC

Qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi, Şamaxı rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yola saldığımız 2018-ci ildə Şamaxıda 614 yeni, həm də daimi iş yeri açılıb. İş yerlərinin 40-ı yeni yaradılan müəssisə və təşkilatların, 151-i mövcud müəssisə və təşkilatların, 523-ü isə fiziki şəxslərin payına düşür.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulundan bəri rayonda 19 min 127 yeni iş yeri açılıb. Yeni iş yerlərinin 16 min 456-sı və ya 86 faizi daimidir.

Regionlar 2019-01-17 10:52:00