×
A
A
A
Sazlamalar

Xəzər dənizində dalğaların hündürlüyü 3,1 metrə çatıb

Bakı, 17 yanvar, AZƏRTAC

Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyi ilə əvəz olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, yarımadada küləyin sürəti 18 m/s-dək güclənib.
Qeyd olunub ki, saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb.

Ekologiya 2019-01-17 03:10:00