×
A
A
A
Sazlamalar

Afinada müəllimlərə dəstək olaraq həmrəylik tətili keçiriləcək

Afina, 16 noyabr, AZƏRTAC

Yunanıstan Dövlət Qulluqçularının Birləşmiş Həmkarlar Təşkilatı (ADEDY) yanvarın 17-də müəllimlərin bir həftə öncə keçirdiyi etiraz aksiyasına dəstək olaraq həmrəylik tətili keçirəcək. Etiraz aksiyası dövlət qulluqçusu vəzifəsinə işə götürmədə dəyişikliklərin tətbiq olunmasına qarşı yönəlib. Müəllimlərin fikrincə yeni dəyişikliklər yüksək təcrübəli müəllimlərə qarşı ədalətsiz olacaq.
AZƏRTAC xəbər verir ki, aksiya bu gün səhər saat 11-də Yunanıstan parlamentinin önündə keçiriləcək.
Qeyd edək ki, keçən həftə keçirilən müəllimlərin bir neçə etiraz aksiyası polis tərəfindən sərt şəkildə dayandırılıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-01-17 01:53:00