×
A
A
A
Sazlamalar

Müəllim və şagirdlərin mülki müdafiə sahəsində biliklərinin artırılması üçün profilaktik tədbirlər görülür

Bakı, 16 yanvar, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi yanvarın 16-da Abşeron rayonunun Çaylı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmasına nail olmaq üçün profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Toplantıda Sumqayıt Regional Mərkəzinin, Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.
Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Sosial 2019-01-16 20:46:00