“Trammo” şirkətinin rəhbəri yeni Bakı Limanı barədə məlumatlandırılıb
Bakı, 16 yanvar, Elvin Camalov, AZƏRTAC
ABŞ-ın “Trammo” şirkətinin prezidenti və baş icraçı direktoru Edvard Vayner yeni Bakı Limanı barədə məlumatlandırılıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, E.Vaynerə Ələt qəsəbəsindəki yeni Bakı Limanının iş prinsipi, fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verilib.
Qeyd edək ki, “Trammo” şirkəti dünya miqyaslı əmtəə məhsullarının marketinqi, ticarəti və daşınması ilə məşğul olan qabaqcıl şirkətlərdəndir.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb