×
A
A
A
Sazlamalar

“Azərsu” hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı, 16 yanvar, Elvin Camalov, AZƏRTAC

“Azərsu” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin dəyişməsi ilə bağlı xəbərdarlığına əsasən gücləndirilmiş iş rejiminə keçir.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, qurumun rayon sukanal idarələrinin rəhbərləri ilə bu məsələ barədə iclas keçirilib. İclasda qeyd olunub ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Həmçinin növbətçilik təmin olunacaq. Əhalinin əvvəlki günlərdə olduğu kimi dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunması həyata keçiriləcək. Əməkdaşlar 2 gün ərzində yarana biləcək problemi qısa müddətdə aradan qaldırmağa çalışacaq.

İqtisadiyyat 2019-01-16 19:29:00