×
A
A
A
Sazlamalar

“Facebook” xəbər jurnalistikasının inkişafına 300 milyon dollar investisiya yatıracaq

Bakı, 16 yanvar, AZƏRTAC

“Facebook” şirkəti xəbər jurnalistikasının inkişafına yönələn layihələrə 300 milyon dollar investisiya yatıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə sosial şəbəkənin bloqunda məlumat verilib.
Şirkətin vitse-prezidenti Kempbell Braun “Facebook”da həqiqətəuyğun olmayan, yalan informasiya və aşağı keyfiyyətli xəbərlərə qarşı mübarizənin davam etdiriləcəyini bildirib. Vurğulayıb ki, “Facebook” yerli xəbər təşkilatlarına kömək məqsədilə yaxın üç ildə qeyd olunan məbləği ayıracaq. Sosial şəbəkə, həmçinin jurnalist və xəbər təşkilatlarının imkanlarının inkişafına, eləcə də dayanıqlı biznes modellərinin qurulmasına kömək üçün nəzərdə tutulan layihələrdə də iştirak etmək niyyətindədir.

Elm və təhsil 2019-01-16 18:34:00