×
A
A
A
Sazlamalar

Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarının sakinləri ilə yanvarın 18-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul yanvarın 25-də saat 10:00-da Şamaxı Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

Sosial 2019-01-16 18:32:00