×
A
A
A
Sazlamalar

Fövqəladə hallarda davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi yanvarın 16-da Nizami rayonundakı 32 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Hadisə 2019-01-16 18:24:00