×
A
A
A
Sazlamalar

Gözlənilən hava şəraiti ilə əlaqədar Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə zəruri tədbirlər görüləcək

Bakı, 16 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanvarın 17-18-də ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı aidiyyəti qurumların rəsmi xəbərdarlığı və Nazirlər Kabinetinin 2019-cu il yanvarın 16-da imzaladığı müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə zəruri tədbirlər görəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq qurumun tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi barədə qərar qəbul olunub.

Mədəniyyət 2019-01-16 18:10:00