×
A
A
A
Sazlamalar

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkədə hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar yanvarın 17-də və 18-də respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə Sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.

Daxili siyasət 2019-01-16 13:28:00