×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 16 yanvar, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri yanvarın 17-18-də gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadasında, Xəzər dənizi akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün nəticələrinin operativ qaydada aradan qaldırılması işinin təşkili məqsədilə FHN-in aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri yanvarın 17-18-də gücləndirilmiş iş rejimində çalışacaq.
Bununla əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.

Sosial 2019-01-16 17:43:00