×
A
A
A
Sazlamalar

Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıqla əlaqədar hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb

Bakı, 16 yanvar, AZƏRTAC 

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.
Bunu müvafiq xəbərdarlıqla əlaqədar hərbi hissələrdə görülən tədbirlər barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.
Açıqlamada bildirilib ki, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

Ordu 2019-01-16 17:24:00