ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər
Bakı, 16 yanvar, AZƏRTAC
ABŞ-ın Miçiqan Universitetinin alimləri “Facebook”dan psixoloji asılılığı qiymətləndiriblər. Onların fikrincə, qərar qəbulu ilə bağlı problemlər narkomanlar və kompüter oyunçularında tez-tez müşahidə olunur. Analoji vəziyyətə sosial şəbəkələrdən çox istifadə edən insanlarda da rast gəlinir. Bu, o deməkdir ki, narkotik maddələrdən, kompüter oyunlarından, eləcə də sosial şəbəkələrdən asılılığı olan insanlar bəzən öz təcrübələrindən, səhvlərindən nəticə çıxara bilmir və yanlış yolla getməyə davam edirlər.
AZƏRTAC meddaily.ru saytına istinadla xəbər verir ki, son tədqiqatda 71 könüllü iştirak edib. Mütəxəssislər könüllülərə sosial şəbəkədən istifadə, “Facebook”un işləməyə və ya dərs oxumağa təsiri barədə suallar veriblər. Alimlər, həmçinin könüllülərin qərar qəbulu qabiliyyətini qiymətləndirmək üçün onlara standart psixoloji tapşırıqları yerinə yetirməyi təklif ediblər. Sosial şəbəkələrdən daha çox istifadə edən insanlar yanlış proqnoz veriblər və tapşırığı yerinə yetirə bilməyiblər.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib