×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq

Bakı, 16 yanvar, AZƏRTAC 

Azərbaycanda qeyri-neft sənayesi sürətlə artır. Keçən il 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Görülən bu işlərin nəticələri budur. Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq.

İqtisadiyyat 2019-01-16 15:00:00