×
A
A
A
Sazlamalar

Xocavəndli məktəblilər Beyləqandakı Heydər Əliyev Mərkəzinə ekskursiyadan xoş təəssüratla ayrılıblar

Beyləqan, 16 yanvar, AZƏRTAC

Xocavənd rayon məktəbliləri Beyləqanda Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayon gənclər və idman idarəsi tərəfindən təşkil edilən ekskursiya zamanı məktəblilər Heydər Əliyev Mərkəzində dahi rəhbərin mənalı həyat yolunu və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla tanış olub, filmə baxıblar.
Mərkəzin akt zalında ekskursiya iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri barədə ətraflı məlumat verilib.
Xocavəndli şagirdlər Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıblar.

Regionlar 2019-01-16 14:58:00