Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən daha bir poçt markası nəşr etdirib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, yeni poçt markası Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Elza İbrahimovanın 80 illik yubileyi münasibətilə dövriyyəyə buraxılıb.
Poçt markası “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Markanın ölçüləri 29.8x40.6 millimetr, marka vərəqinin ölçüsü 186.4x202.8 millimetrdir. Ümumi tiraj 500016 ədəddir. Həmçinin 200 ədəd birinci gün zərfləri də satışa çıxarılıb.
Markaları “Azərpoçt” MMC-nin poçt şöbə və filiallarından, eləcə də “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir