×
A
A
A
Sazlamalar

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markası buraxılıb

Bakı, 16 yanvar, AZƏRTAC

“Azərmarka” MMC Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb.
AZƏRTAC MMC-yə istinadla xəbər verir ki, poçt markasının ölçüsü 37x52 millimetr, tiraji isə 100 min nüsxədir. Layihə rəssam Vüqar Əyyubova məxsusdur.
Şair M.Müşfiqə həsr olunan poçt markası “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.

 

İqtisadiyyat 2019-01-16 14:45:00