×
A
A
A
Sazlamalar

Xətai rayon mərkəzi kitabxanasında “İnsan alverinə yox deyək” adlı tədbir təşkil edilib

Bakı, 16 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasında insan alveri ilə mübarizə mövzusunda “İnsan alverinə yox deyək” adlı tədbir təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Gülzadə Quliyeva açaraq insan alveri ilə mübarizə haqqında məlumat verib. Bildirib ki, insan alveri dünyanın ən əsas problemlərindən biridir. Hər il minlərlə insan, əsasən, qadınlar və uşaqlar, ya öz ölkələrində, ya da xaricdə istismar və başqa məqsədlərlə insan alverinin qurbanı olurlar.
Daha sonra “Təmiz Dünya Qadınlarına Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkəmizdə qаdınlаrın hüquq və аzаdlıqlаrının qоrunmasından, qadınların vətəndаş cəmiyyəti quruculuğundа kişilərlə bərаbər iştirаkınа nаil оlmаsından, оnlаra müхtəlif stеrоtiplər və kоmplеkslərdən аzаd olmasında yardım etməsindən, bаcаrıq və qаbiliyyətlərinin inkişаfı istiqamətində dövlət və qeyri-dövlət qurumları ilə uğurlu əməkdaşlığından bəhs edib.
Vəkillər kollegiyasının üzvü Ayət Rüstəmov insan alveri ilə mübarizə mövzusu ilə bağlı fikirlərini bölüşüb və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pisləyib.
Sonra Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Mehriban Abdullayeva gəncləri bu sosial bəladan qorumaq üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Cəmiyyət 2019-01-16 13:33:00