×
A
A
A
Sazlamalar

Məşhur amerikalı müğənni “Eurovision 2019”da dəvətli ulduz kimi çıxış edə bilər

Bakı, 16 yanvar, AZƏRTAC
Məşhur amerikalı müğənni Madonna İsraildə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində dəvətli ulduz kimi çıxış edə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müsabiqə nümayəndələri ilə müğənni arasında danışıqlara əsasən Madonna ilkin olaraq iştiraka razılıq verib. Lakin ulduz müğənninin qonorarı barədə məlumat verilmir.
Qeyd edək ki, “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.
Mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu “Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

Mədəniyyət 2019-01-16 12:36:00