×
A
A
A
Sazlamalar

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb. Həmçinin 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib.

Ordu 2019-01-16 12:00:00