×
A
A
A
Sazlamalar

Qubada evdən 1600 manat pul oğurlayan gənc saxlanılıb VİDEO

Quba, 16 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qubada evdən pul oğurlamaqda şübhəli bilinən gənc saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev rayon polis şöbəsinə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulun oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar rayon polis şöbəsində dərhal əməliyyat qrupu yaradılıb. Oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Həmin şəxs heç kimin olmadığı vaxtda evə daxil olduğunu və 1600 manat pul oğurladığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.

 

Regionlar 2019-01-16 12:02:00

Video