×
A
A
A
Sazlamalar

Türkiyə kuboku: “Boluspor” - “Qalatasaray” matçı təxirə salınıb

İstanbul, 15 yanvar, AZƏRTAC

Futbol üzrə Türkiyə kubokunun səkkizdəbir final mərhələsində keçirilməsi planlaşdırılan “Boluspor” - “Qalatasaray” matçı ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, “Qalatasaray” klubunun rəsmisi Abdurrahim Albayrak jurnalistlərə açıqlamasında qarşılaşmanın sabah keçiriləcəyini bildirib.
Lakin oyunun keçirilməsi barədə son qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

İdman 2019-01-15 23:12:00