Ötən il pərakəndə ticarət şəbəkəsində 37,1 milyard manatlıq məhsul satılıb
Bakı, 15 yanvar, AZƏRTAC
2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3 faiz üstələyərək 37,1 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ticarət dövriyyəsinin 18,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2017-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,4 faiz artıb.
Ötən il alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 16,8 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 30,3 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artıb, bazar və yarmarkalarda isə 4,2 faiz azalıb.
2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
ADRA rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilin ən irimiqyaslı Reklam Forumunda
Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsinə regionlardan başlanılıb
Azərbaycan nümayəndə heyəti Xorvatiyada kiçik ailə biznesinin vəziyyəti ilə yaxından tanış olub
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub