×
A
A
A
Sazlamalar

“Tata Steel Masters-2019”: Teymur Rəcəbov keçmiş dünya çempionu ilə heç-heçə edib

Bakı, 15 yanvar, AZƏRTAC 

Yanvarın 15-də Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov keçmiş dünya çempionu Vişvanatan Ananda qarşı oyununu heç-heçə başa vurub. Digər təmsilçimiz Şəhriyar Məmmədyarovun isə yarışın lideri olan rusiyalı Yan Nepomnyaşi ilə oyunu davam edir.

İdman 2019-01-15 19:18:00