×
A
A
A
Sazlamalar

Balakəndə skautlar arasında intellektual yarış keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə yardımı ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə “Skautlar İntellektə Doğru” intellektual oyunu layihəsi çərçivəsində Balakən rayon Gənclər Evində Balakən skautları arasında intellektual yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 16-18 yaş qruplarında gənclərdən ibarət 8 komanda və hər komandada 5 nəfər təmsil olunub. Gərgin keçən yarışda “Nizami-Cədid” komandası birinci yeri, “Qaravəli” və “Qabaqçöl” komandaları isə ikinci və üçüncü yerləri tutublar. Qaliblər diplomla təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində növbəti yarış Lənkəran skautları arasında keçiriləcək.

 

Sosial 2019-01-15 19:04:00