Mütəxəssislər 8-ci sinif “Kimya” dərsliyini müzakirə ediblər
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə elmi-metodik seminar və hazırlıq kursunun ilk dərsi keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələri müəllimlərinin, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssislərinin iştirak etdikləri seminarda 8-ci sinif “Kimya” dərsliyinin və yeni üç tapşırıqlı situasiyanın tərtibinə verilən tələblər müzakirə olunub. Kimya üzrə fəlsəfə doktoru Vəli Əliyev üç tapşırıqlı situasiyanın tərtibinə verilən tələblərə dair, AMEA-nın əməkdaşı Elşad Abdullayev isə dərsliyin məzmunu ilə bağlı təqdimatla çıxış ediblər.
Seminar iştirakçıları gündəlik məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Növbəti seminarda müzakirələr davam etdiriləcək.
Hazırlıq kursunda isə ilk dərs fənn kurikulumunun mahiyyəti və strukturuna həsr edilib. Kursun moderatoru Səidə Hüseynova mövzu çərçivəsində təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır