×
A
A
A
Sazlamalar

“Milan” klubu Penteklə müqavilə imzalamaq üçün Çalxanoğlunu sata bilər

Bakı, 15 yanvar, AZƏRTAC
İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi Cenaro Qattuzonun etirazlarına baxmayaraq, türkiyəli yarımmüdafiəçi Hakan Çalxanoğlu klubla yollarını ayırmağa qərar verib.
AZƏRTAC xəbər verir ki, Almaniyanın “Leypsiq” klubu 24 yaşlı futbolçu ilə maraqlanır və yarımmüdafiəçiyə görə 22 milyon avro ödəməyə hazırdır. “Milan” bu pul ilə “Cenoa” klubunun 23 yaşlı hücumçusu Kşiştof Penteki transfer etmək istəyir.
Hakan Çalxanoğlunu itirməklə “Milan”ın yarımmüdafiə xəttinin zəifləmə riski çoxalır. Lakin maliyyə qanunlarını pozduğuna görə, UEFA tərəfindən cərimə olunan klub bu məbləğlə büdcəsini bir qədər yaxşılaşdıra bilər.

İdman 2019-01-15 18:03:00