×
A
A
A
Sazlamalar

Bu il Gəncədəki çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi tam başa çatdırılacaq

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Bu il Gəncədəki çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi tam başa çatdırılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ayrılan vəsait hesabına Gəncədə 268 binanın dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Artıq bu binaların əksəriyyətinin dam örtüyü dəyişdirilib. Hazırda şəhərin Mahrasa Bağı və Yeni Gəncə yaşayış massivlərində davam etdirilən işlərə yekun vurulduqdan sonra çoxmərtəbəli binaların dam örtükləri ilə bağlı mövcud problemlər tamamilə aradan qaldırılmış olacaq.

Regionlar 2019-01-15 18:01:00