×
A
A
A
Sazlamalar

Masallıda yazlıq kartof əkininə başlanılıb

Masallı, 15 yanvar, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsində yazlıq kartof əkini üçün ən münasib vaxt yanvar-fevral ayları hesab olunur. Havalar əlverişli keçdiyindən masallılı fermerlər əkin kampaniyasını daha da sürətləndiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür rayonun Təzə Alvadı, Təklə və Ləngan kəndlərində kartof əkininə başlanılıb.
Məhsul istehsalçıları yüksək keyfiyyətli məhsul əldə etmək üçün əkindən əvvəl torpağın gücləndirilməsinə də xüsusi diqqət yetirirlər. Aqrotexniki qaydalara uyğun olaraq sahələrə həm üzvi, həm də mineral gübrələr verilir.
Fermerlər Rusiyadan gətirilmiş məhsuldar toxumlardan istifadə edirlər.
Masallılı fermerlər və məhsul istehsalçıları bu il əkilən kartof sahəsinin hər hektarından orta hesabla 25-30 ton məhsul götürməyi planlaşdırırlar.

Kənd təsərrüfatı 2019-01-15 17:52:00