×
A
A
A
Sazlamalar

David De Xea “Mançester Yunayted”dən 17,5 milyon avro tələb edir

Bakı, 15 yanvar, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı David De Xea komanda rəhbərliyindən yeni müqavilə tələb edir.
AZƏRTAC “Mirror” nəşrinə istinadla xəbər verir ki, ispaniyalı klubdan 17,5 milyon avro illik məvacib istəyir. Hazırda David klubda ən çox məvacib alan futbolçular siyahısında yer alır. O, ilə 11,7 milyon avro qazanır.
David De Xeanın “qırmızı şeytanlar”la müqaviləsi 2020-ci ilədək nəzərdə tutulur.
Qeyd edək ki, cari mövsüm David De Xea “Mançester Yunayted”in heyətində 22 oyunda meydana çıxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.

İdman 2019-01-15 17:32:00