×
A
A
A
Sazlamalar

Regionlarda yaşayan xanımlar sosial sahibkarlıq proqramına cəlb olunurlar

Bakı, 15 yanvar, AZƏRTAC
Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Sosial Sahibkarlıq Laboratoriyası” proqramı çərçivəsində təlimlər davam edir.
AZƏRTAC xəbər verir ki, Bərdə, Mingəçevir, Аğdam və Yevlaxdan olan qadınlara 2 ay müddətində sosial sahibkarlıq, biznes və marketinq planlarının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları və s. modullar üzrə təlim sessiyaları təşkil olunur.
Təlimi uğurla başa çatdıran xanımlar ikinci mərhələdə öz fəaliyyətlərinə mentorlarla davam etdirəcəklər.

Sosial 2019-01-15 17:34:00