×
A
A
A
Sazlamalar

Ötən il informasiya texnologiyaları xidmətlərinin qlobal satış həcmi 3,7 faiz yüksəlib

Bakı, 15 yanvar, AZƏRTAC
“IDC” analitiklərinin məlumatına görə, 2018-ci ildə avadanlıq, proqram təminatı, telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin qlobal satış həcmi 3,7 faiz yüksəlib. Bu, ötənilki göstəricidən (4,2 faiz) bir qədər azdır. Bu il isə artım 3 faizi ötməyəcək.
AZƏRTAC “computerworld.ru” saytına istinadən xəbər verir ki, son ildə rəqəmli qurğuların satış həcmi xeyli yüksəlib. Smartfon bazarının həcmi cihazların orta qiymətinin artması nəticəsində pul baxımından gözlənildiyindən çox böyüyüb, amma bir çox ölkələrdə satış həcmi zəifləyib. Planşetlərin satış həcmi əvvəlki kimi aşağı olsa da, analitiklər bunun yaxın illərdə bir sıra ölkələrdə yüksələcəyini söyləyirlər. Server avadanlığının satışı, ilk növbədə, bulud hipermiqyaslı məlumatların işlənməsi mərkəzlərinin geniş yayılması ilə əlaqədardır.

Texnologiya 2019-01-15 17:06:00