×
A
A
A
Sazlamalar

Unai Emeri Məsut Özildən imtina edib

Bakı, 15 yanvar, AZƏRTAC
İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Unai Emeri türk əsilli alman yarımmüdafiəçi Məsut Özili satmağa qərar verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb onun mövqeyinə baş məşqçinin başqa gənc futbolçu almaq istəyidir. İspaniyalı mütəxəssis 30 yaşlı Özilin satışından əldə olunan vəsaitlə yeni futbolçu əldə etməyi planlaşdırır. Yarımmüdafiəçi isə icarə əsasında başqa kluba getmək istəmir. Futbolçu “Arsenal”da həftəsinə 390 min avro qazanır.
Qeyd edək ki, Özil cari mövsümdə İngiltərə Premyer Liqasında 13 oyuna üç qol vurub və bir məhsuldar ötürmə edib. “Arsenal” klubu isə çempionatda 41 xalla beşinci yerdə qərarlaşıb.

İdman 2019-01-15 17:02:00