×
A
A
A
Sazlamalar

Gəncədə 70 lift dəyişdirilib, daha 72 liftin isə yenilənməsinə ehtiyac var

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə çoxmərtəbəli binalarda liftlərin təmiri, yaxud yenilənməsi planına uyğun olaraq, 2013-cü ilədək 70 yeni lift quraşdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, hazırda Gəncə şəhərində 72 liftin dəyişdirilməsinə ehtiyac var. Bununla bağlı olaraq müvafiq qurumlara müraciət edilib və məsələnin ilin sonuna kimi öz həllini tapacağı gözlənilir.

Regionlar 2019-01-15 16:55:00