×
A
A
A
Sazlamalar

Naxçıvan Günəş Elektrik Stansiyasında illik enerji istehsalı artıb

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Naxçıvan Günəş Elektrik Stansiyasının gücünün 30 meqavata çatdırılması istiqamətində işlər davam etdirilir. Yarımstansiyanın gücünün 22 meqavata çatdırılmasından sonra illik istehsal 3 milyon artaraq 33 milyon 930 min kilovat saata çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, stansiyada istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi və istehlakçılara itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb.
Qeyd edək ki, muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi Günəş Elektrik Stansiyasının səmərəli fəaliyyətinə imkan verir.

Regionlar 2019-01-15 16:33:00