×
A
A
A
Sazlamalar

Azyaşlı oxucular üçün növbəti “Nağıl saatı”

Bakı, 15 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Mərkəzi Kitabxana Sisteminin 5 saylı filialında kitabxananın azyaşlı oxucuları üçün növbəti “Nağıl saatı” keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, filialın işçisi Gülnar İsrafilova balaca oxuculara kitabxana və kitablar haqqında məlumat verərək mütaliənin əhəmiyyətindən danışıb.
Sonra uşaqlar “Tülkü ilə canavar” və “Tıq-tıq xanım” nağıllarını maraqla dinləyiblər.
Sonda filialın işçisi uşaqlarla nağılların qəhrəmanları haqqında müzakirələr aparıb.

 

Mədəniyyət 2019-01-15 16:37:00