×
A
A
A
Sazlamalar

Cari ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq


Bakı, 15 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 2019-cu ilin ilk ixrac missiyası Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 25-dən başlayaraq martın 1-dək davam edəcək ixrac missiyasına qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri daxil olacaq.
Missiya çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə ikitərəfli görüşlər keçirəcək, ölkə məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparacaq.
Xatırladaq ki, 2018-ci ildə 10 ölkəyə 11 ixrac missiyası, ümumilikdə isə indiyədək 24 ixrac missiyası təşkil olunub.

Biznes 2019-01-15 16:36:00