×
A
A
A
Sazlamalar

Çində 5G şəbəkələrinin köməyi ilə ilk dəfə distant cərrahiyyə əməliyyatı keçirilib VİDEO

Bakı, 15 yanvar, AZƏRTAC
Çin 5G şəbəkələrinin köməyi ilə dünyada ilk dəfə distant cərrahiyyə üçün avadanlığı test edib. Testdə Futsyan əyalətindən həkim iştirak edib. AZƏRTAC “3dnews”ə istinadla xəbər verir ki, həkim idarə etdiyi mərkəzdən 50 kilometrdən çox məsafədə yerləşən əməliyyat otağındakı laboratoriya heyvanının qaraciyərini kəsib götürüb.
Məlumata görə, həkimin idarəetmə qurğusundan siqnalın cərrahiyyə otağındakı robota ötürülməsi sürəti cəmi 0,1 saniyə təşkil edib.
Tədqiqatçılar bildiriblər ki, siqnalın yüksək ötürülmə sürəti ölüm riski yaradan potensial tibbi səhvləri azaltmağa imkan verir. Onlar ümidvar olduqlarını bildiriblər ki, 5G şəbəkələrinin köməyi ilə distant cərrahiyyə tezliklə insanların müalicəsində səmərəli tətbiq ediləcək.

Səhiyyə 2019-01-15 16:39:00

Video