×
A
A
A
Sazlamalar

İtaliyalı professor Gəncə Dövlət Universitetində ustad dərslərinə başlayıb

Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC

“ERASMUS+KA1” birgə əməkdaşlıq layihəsi çərçivəsində İtalyanın Ka Foskari Venesiya Universitetinin əməkdaşı professor Elena Rova yanvarın 15-dən 25-dək Gəncə Dövlət Universitetində ustad dərsi keçəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Həsənov məlumat verib.
Onun sözlərinə görə, Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşacaq iki həftəlik intensiv kurs əsasən tarix–coğrafiya fakültəsinin professor müəllim heyəti üçün nəzərdə tutulub. Təlimin yekununda iştirakçılar sertifikatla təltif olunacaqlar.

Regionlar 2019-01-15 16:22:00