×
A
A
A
Sazlamalar

Ekologiya və təbii sərvətlər naziri Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək

Bakı, 15 yanvar, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yanvarın 25-də Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş saat 10:00-da Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Fizuli küçəsi 75) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 012-585-50-73) xahiş olunur.

Ekologiya 2019-01-15 16:16:00