×
A
A
A
Sazlamalar

Türkiyənin tanınmış aktyorları Ankarada bir araya gələcək

Bakı, 15 yanvar, AZƏRTAC

Türkiyənin Dövlət Teatrları Baş İdarəsi bu gündən Ankarada müxtəlif bölgələrdən olan tanınmış aktyorların ifasında dünya şöhrətli yazıçıların əsərləri əsasında hazırlanmış tamaşaların nümayişinə başlayıb.
Anadolu agentliyinin məlumatına görə, “Dünya klassiklərinə xüsusi həftə” adı altında keçirilən nümayişlərdə sənətsevərlərə “Xəsis”, “Xəstəlik xəstəsi”, “Cinayət və cəza”, “Elektra” və digər maraq doğuran klassik əsərlər təqdim olunacaq.
Müxtəlif bölgələrdə fəaliyyət göstərən aktyorları ilk dəfə 2013-2014-cü teatr mövsümündə bir araya gətirdiklərini söyləyən Dövlət Teatrları Baş İdarəsinin rəhbəri Mustafa Kurt klassiklər həftəsinə dair geniş məlumat verib. Onun sözlərinə görə sənətsevərlər yanvarın 21-dək bir-birindən maraqlı səhnə əsərlərini izləyəcəklər: “Tamaşaçı baxımından gözəl bir həftə olacaq. Oyunçuların Ankarada görüşməsi, mədəni, bədii mübadilə və bir-birilərinin işləri ilə yaxından tanış olmaq baxımından əlverişli olacaq”.

 

Mədəniyyət 2019-01-15 16:10:00