×
A
A
A
Sazlamalar

Ağsuda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb

Ağsu, 15 yanvar, AZƏRTAC

Ağsu rayonunda yola saldığımız 2018-ci ildə inişilkinə nisbətən 7,9 milyon manat çox kənd təsərrüfatı məhsulları istehsal edilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il ümumilikdə 83,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun 43,3 milyon manatı bitkiçiliyin, 40,2 milyon manatı isə heyvandarlığın payına düşür.
Qeyd edək ki, ötən il rayonda 350 hektarda ilk dəfə olaraq qarabaşaq və çəltik əkilib. Kənd təsərrüfatının digər sahəsi olan heyvandarlıqda da mal-qaranın cins tərkibinin süni mayalama yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsi istiqamətində xeyli iş görülüb. Nəticədə 609 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.

Regionlar 2019-01-15 16:05:00