×
A
A
A
Sazlamalar

Yasamal rayon Heydər Əliyev Mərkəzində növbəti tədbir

Bakı, 15 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Kazaklar və “Matryoşka” birlikləri üzvlərinin iştirakı ilə “Ataman yolka” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olub və Ulu Öndərin büstünü ziyarət edərək Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Kazakları İcmasının atamanı, general Sergey Samuilov açaraq tədbirin keçirilməsində dəstək olduqları üçün Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal rayon Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildirib.
Yasamal rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Vaqif Məmmədov və Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəhla Məmmədova çıxışlarında keçirilən tədbirin simvolik xarakterindən bəhs ediblər.
Sonda Şaxta baba və Qar qız şənlikdə iştirak edən uşaqlara Yeni il hədiyyələri təqdim edib.

 

Mədəniyyət 2019-01-15 15:39:00