×
A
A
A
Sazlamalar

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xızıda vətəndaşlarla görüşəcək

Bakı, 15 yanvar, AZƏRTAC 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 18-də saat 11:30-da Xızı şəhərində Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Xızı rayonunda – (023) 315 01 00, Abşeron rayonunda – (012) 342 33 00, Qubadlı rayonu üzrə – (018) 648 33 92, Zəngilan rayonu üzrə – (012) 432 61 66, Şuşa rayonu üzrə – (012) 458 46 86, Sumqayıt şəhərində - (018) 642 35 00 nömrəli telefonlara zəng etmək lazımdır.

Regionlar 2019-01-15 15:37:00