Bəzi dövlət orqanlarının ləğvi ilə əlaqədar müsahibələr keçirilməyəcək
Bakı, 15 yanvar, AZƏRTAC
“Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib. Bu səbəbdən 2019-cu il yanvarın 4-də elan olunmuş ümumi müsahibəyə nazirlik tərəfindən təqdim edilmiş vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin vəzifələr üzrə müraciət etmiş namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak üçün qeydiyyatdan keçə bilərlər.
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli digər Fərmanı ilə Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi də ləğv edilib. Bununla əlaqədar olaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il noyabrın 27-də elan edilmiş ümumi müsahibədə həmin Katiblikdə olan vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib